İdman

Qurbanovdan Lunyovun menecerinə: Sərt danışır!

7 Aprel 2024 08:15
Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın qapıçısı Andrey Lunyov haqda danışıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının 29-cu turunda "Səbail"lə matçdan sonra keçirilən mətbuat konfransında rusiyalı qolkiperin meneceri Anton Smirnovun "RB Sport"a verdiyi qalmaqallı müsahibəsi ilə bağlı deyib:

"Bəzən bir insan fikir bildirəndə emosiyalarını saxlaya bilmir, sərt danışır. Mən buna fikir vermirəm. Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur. Bizimlə müqaviləsi var. Müəyyən danışıqlar olub. Son günlərdəki yazılara uyğun heç nə yoxdur. Hər şey qaydasındadır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.