İdman

“Qarabağ”ın sabiq futbolçusu karyerasını başa vurdu - FOTO

4 Aprel 2024 23:12
Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunussi karyerasını başa vurub. 

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı norveçli oyunçu özünün instaqram səhifəsində paylaşım edib.

O, legioner həyatı yaşadığı ölkələrin dilində təşəkkür edib və oynadığı müxtəlif klubların formasında fotolarını paylaşıb.

"Hər şeyin bir sonu var. Artıq geri çəkilmək vaxtım gəldi. Bu, xüsusi bir imtiyaz oldu. Gözəl oyunun mənə verdiyi hər şeyə görə inanılmaz dərəcədə minnətdaram!"

Qeyd edək ki, 36 yaşlı sabiq futbolçu 2017/2018 mövsümündə "Olimpiakos"dan "Qarabağ"a icarəyə verilmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.