İdman

Polşalılar Rahil Məmmədova ad verdi

18 Mart 2024 18:05
Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında uğurlu çıxışını davam etdirir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 29 yaşlı müdafiəçi LKS-in heyətində keçirdiyi son matçda da özündən söz etdirib.

O, son çempion "Rakuv"la qarşılaşmada xoş təsir bağışlayıb. Polşa mətbuatı onun oyununu yüksək qiymətləndirib: "Rahil yaxşı oyun keçirdi. O, Polşa çempionu ilə matçda Lodz klubunun müdafiəsinin lideri idi".

Qeyd edək ki, çempionatın autsayderi olan LKS ev oyununda bir xal qazanıb - 1:1.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.