İdman

Mutu SOCAR-dan aldığı pulu görün nəyə xərcləyir - FOTO

16 Mart 2024 17:15
Baxış: 1 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin sabiq, "Kluj"un isə hazırkı baş məşqçisi Adrian Mutu bahalı avtomobillərə olan həvəsi ilə tanınır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, veteran futbolçu bu yaxınlarda kolleksiyasına120 min avro dəyərində olan "Mercedes" avtomobilini əlavə edib. 45 yaşlı məşqçi ​​Almaniya brendinin "GLE 53 AMG Coupe" modelini alıb.

"Cancan" qəzetinin yazdığına görə, bu avtomobildən Rumıniyada başqa heç kimdə yoxdur.

Kapotun altında 435 at gücü hasil edən, 100 km/saata 5 saniyədə çatan altı silindrli mühərriki var. Maksimum sürəti 250 km/saat olan avtomobilin bazar qiyməti 110 min avrodur. Lakin Mutunun seçdiyi avadanlıqlar bu məbləğin daha 10 min avro artması ilə nəticələnib.

Qeyd edək ki, Mutu "Neftçi"də ili bir milyon avroya çalışırdı. Uğursuz nəticələrdən sonra klub rəhbərliyi ona kompensasiya verərək yola saldı. "Neftçi"nin baş sponsoru SOCAR-dır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.