Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın rəqibi olan "Bayer" tarixinin rekordunu təkrarlayıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Xabi Alonsonun yetirmələri cari mövsümdə Bundesliqada 21-ci qələbəsini qazanıb.
Leverkuzen təmsilçisi XXV turda "Volfsburq"u 2:0 hesabı ilə məğlub edib. "Bayer" tarixi ərzində Bundesliqada 21-dən çox qələbə qazanmayıb.
Leverkuzenlilər indiyədək yalnız bir dəfə mövsümdə 21 dəfə qalib gəlib. Bu, komandanın gümüş medal qazandığı 2001/02 mövsümünə təsadüf edib.
Qeyd edək ki, Bundesliqada mövsümün sonuna 9 tur qalıb və növbəti qələbə "Bayer" üçün mütləq rekordla əlamətdar olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun