İdman

Azarkeşlər “Neftçi”nin oyunlarını boykot etdi

8 Mart 2024 13:45
Baxış: 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"nin əsas azarkeş qrupu olan "Forza Neftçi" komandanın oyunlarını boykot edib.

Milli.Az xəbər verir ki, bu barədə azarkeşlərin yaydığı bəyanatda bildirilir:

"Forza Neftçi" olaraq, uğrunda hər şeyə razı olduğumuz, bütün fədakarlıqları etdiyimiz - "Neftçi"nin oyunlarını müəyyən müddət və müəyyən formalar çərçivəsində boykot etdiyimizi bəyan edirik.

Başlıca səbəb mövsüm başlayandan etibarən sərgilədiyiniz qeyri-stabil, klubun adına, şöhrətinə, tarixinə yaraşmayan oyun göstərməyinizdir. 

Bundan savayı, hər oyundan öncə etdiyimiz xəbərdarlıqların heç bir dəyişikliklə nəticələnməməsi əsas səbəbin oyunla deyil, digər məsələlərlə əlaqəli olduğunu göstərir.

Papağınızı önünüzə qoyaraq, ya da dəyirmi masa ətrafında toplanaraq fikirləşin. Dediyimiz sözləri qulağınızda sırğa etməklə qalmayın, nəzərə alıb gerçəkləşdirməyə başlayın. Vaxtınız başlayıb".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.