İdman

“Bayer”in futbolçusu dünyada birinci olub

7 Mart 2024 18:39
Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən çox sıçrayış edən futbolçular bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, CİES dünyanın ən güclü 28 liqası ilə bağlı araşdırmaların nəticəsini açıqlayıb.

Bir matç ərzində orta hesabla ən çox sıçrayış edən futbolçu "Bayer"in müdafiəçisi Ceremi Frimponqdur.

"Qarabağ"ın Avropa Liqasının 1/8 finalındakı rəqibi hər oyunda 17,85 sıçrayış edir. Söhbət onun ən azı 0,7 saniyə ərzində minimum 10,8 km sürətlə hərəkət etdiyi epizodlardan gedir.

"Rayo Valyekano"nun vingeri Alvaro Qarsia siyahıda ikincidir - 16,63. Hücumçular arasında lider olan Viktor Osimhen ümumi sıralamada üçüncüdür. "Napoli"nin forvardı 16,07 sıçrayışa imza atıb.

Qeyd edək ki, Frimponqun formasını geyindiyi "Bayer" bu gün saat 21:45-də başlayacaq matçda "Qarabağ"la üz-üzə gələcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.