İdman

“Qarabağ”ın oyununa biletlər bu tarixdən satışa çıxarılacaq

26 Fevral 2024 10:46
Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada yerli "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt bəlli olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, biletlər fevralın 27-də, yerli vaxtla saat 12:00-da onlayn qaydada və "Bay Arena"dakı fan-şopda satışa çıxarılacaq.

İlk olaraq klub üzvləri və abunəçilər bu fürsətdən yararlana biləcəklər. Qiymətlər 8-50 avro aralığındadır.

Qeyd edək ki, martın 14-də reallaşacaq "Bayer 04" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.