İdman

“Braqa”nın futbolçuları “Qarabağ”a məğlubiyyətdən danışdılar: “BİZİ ÖLDÜRDÜLƏR”

23 Fevral 2024 13:39
Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyanın "Braqa" komandasının futbolçuları Alvaro Djalo və Abel Ruiz Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan "Qarabağ"ı ilə Bakıda keçirdikləri cavab oyununu (3:2, ilk oyun - 2:4) şərh ediblər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, onlar "Qarabağ"ın uğurunu yüksək qiymətləndiriblər.

"Qarabağın oyunçusu meydandan qovulandan sonra biz rəqibdən üstün olduq və ən çətin şeyi bacardıq - oyunu əlavə vaxta keçirək. Amma son dəqiqələrdə qol vuraraq bizi "öldürdülər". Qolu vuranda düşündüm ki, vəziyyəti döndərə bilərik. İlk qolu buraxanda belə bunu edə biləcəyimizi göstərdik. Sonra penaltidən qol vurduq. Qovulduqdan sonra rahat oynayan komandaya inanırdım, amma son dəqiqələrdə qol vurdular, futbolda belə olur. Mən öz töhfəmi verməyə və əlimdən gələni etməyə çalışdım. Bu itkiyə görə kədərlənirəm", - Djalo deyib.

Komandanın kapitanı Abel Ruiz də məyus olduğunu gizlətməyib:

"Bizim üçün çətin gecə oldu. Birinci hissədə bir az pis olsaq da, ikinci hissəni yaxşı keçirdik. Buna baxmayaraq, biz 1/8 finala yüksəlməyə layiq idik. Biz bilirdik ki, "Qarabağ" yaxşı komandadır, yaxşı oynayırlar, bunu ilk görüşdə də gördük və bu, işimizi çətinləşdirdi"

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.