İdman

Avropa klubları "Qarabağ"ın futbolçusunu istəyir

20 Fevral 2024 07:54
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa klublarının maraq dairəsindədir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "DM Sport" məlumat yayıb.

Bildirilib ki, Almaniyanın "Auqsburq" və Şotlandiyanın "Seltik"klubları fransalı yarımmüdafiəçini heyətə cəlb etmək istəyir.

Xəbərdə qeyd olunub ki, sözügedən klublar mövsümün sonunda - Zubirin "Qarabağ"la hazırkı müqaviləsi başa çatanda onun keçidini həll etməyə çalışır.

UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə səfər matçında (4:2) 2 qol vuran və 1 məhsuldar ötürmə edən 32 yaşlı futbolçu ilə Fransa Liqa 1-də çıxış edən bir klubun da maraqlandığı bildirilib.

Qeyd edək ki, 2018-ci ildən "Qarabağ"da çıxış edən Abdullah Zubir bu mövsüm Ağdam klubunda ümumilikdə 39 oyuna 11 qol vurub, 10 qol ötürməsi edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.