İdman

Maksim Medvedev: “Cavab matçına köklənməliyik”

16 Fevral 2024 14:20
Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əlbəttə ki, bizim üçün çox yaxşı nəticədir".

Milli.Az xəbər verir ki, bu sözləri  İdman.Biz-ə açıqlamasında "Qarabağ"ın kapitanı Maksim Medvedev deyib.

Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə Portuqaliyadakı oyunundan qayıdan Ağdam təmsilçisinin müdafiəçisi qarşılanma mərasimində matç barədə fikirlərini bölüşüb: "Böyük komandaya qarşı səfərdə oynamışıq. Uzun yol qət etmişdik, çox çətinliklər var idi. Futbolçular meydana canla, başla çıxdılar və yaxşı nəticə əldə etmək üçün əllərindən gələni etdilər. Hər şey bizim üçün yaxşı qurtardı. İndi cavab matçına köklənməliyik ki, Portuqaliyada etdiyimiz səhvləri təkrarlamayaq, daha yaxşı çıxış edək".

Qeyd edək ki, "Qarabağ" səfərdə 4:2 hesablı qələbə qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.