İdman

Həftənin oyunçusu ola bilər

16 Fevral 2024 10:33
Baxış: 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Qarabağ"ın futbolçusu Abdullah Zubir də pley-off mərhələsinin ilk matçlarının ən yaxşısı adına iddia edir.

Fransalı yarımmüdafiəçi "Braqa" ilə Portuqaliyada keçirilən qarşılaşmada iki qola imza atıb. Onun dublu 4:2 hesablı qələbədə böyük rol oynayıb. Mükafata digər namizədlər Mauro İkardi ("Qalatasaray"), Anhel di Mariya ("Benfika") və Ruben Lofttus Çikdir ("Milan").

Qeyd edək ki, həftənin oyunçusu UEFA-nın saytında aparılan səsvermə ilə müəyyənləşəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.