İdman

“Barselona”nın almaq istədiyi 5 ulduz futbolçu - Heyət tamamilə dəyişir

15 Fevral 2024 22:08
Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mövsümün sonunda baş məşqçi Xavi Hernandezlə yollarını ayıracaq "Barselona"nın idman direktoru Deko növbəti mövsüm üçün transfer hərəkatına başlayıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Barselona" 5 futbolçunu transfer etmək istəyir.

"As" qəzetinin məlumatına görə, "Barselona" "Arsenal"da çıxış edən Qabriel Martinelli, "Everton"un 22 yaşlı ön liberosu Amadou Onana, "Brayton"un sol cinahı Kaoru Mitoma, "Napoli"nin ulduzu Xviça Kvaratsxeliya və "Jirona"nın yarımmüdafiəçisi Qarsianı transfer etmək istəyir.

İddialara görə, La Liqa nəhəngi gələn mövsüm bu 5 futbolçudan azı üçünü heyətinə qatmaq istəyir. Bununla yanaşı "Barselona" bəzi futbolçuları klubdan gönədərəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.