İdman

“Atletiko” İspaniya Kubokunun yarımfinalında uduzdu

8 Fevral 2024 10:58
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin oyunu keçirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Madriddə yerli "Atletiko" ilə Bilbao "Atletik"i qarşılaşıblar.

Matçın taleyini cəmi bir qol həll edib.

25-ci dəqiqədə qonaqların futbolçusu Berenqerin penaltidən vurduğu qol oyunda yeganə olub və ev sahiblərinin məğlubiyyətini rəsmiləşdirib - 0:1.

Qeyd edək ki, cütün cavab görüşü fevralın 29-da baş tutacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.