İdman

Ançelotti Ardanın üzərindən xətt çəkib? - Gözlənilməz həmlə

5 Fevral 2024 15:33
Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in futbolçusu Arda Gülerin başqa kluba icarəyə verilə biləcəyi ilə bağlı iddiaların ortaya atıldığı bir vaxtda, klubda maraqlı hadisə baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, baş məşqçi Karlo Ançelottinin Luka Modriçin müqaviləsinin artırılması barədə rəhbərliyə təlimat verdiyi bildirilir. "The Athletic"in məlumatına görə, Modriçin müqaviləsi mövsümün sonundan başa çatsa da, Ançelotti onun klubda qalmasını irəli sürüb. Luka Modriçin mövsümün sonunda klubu ilə müqaviləsini yeniləyəcəyi halda Ardanın müntəzəm oynaya bilməyəcəyi hesab edilir.

Qeyd edək ki, Arda Gülerin Luka Modriçin əvəzinə transfer edildiyi barədə xəbərlər dərc edilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.