İdman

Şarapova 11,5 milyon dollarlıq malikanə aldı - FOTOlar

2 Fevral 2024 16:14
Baxış: 2 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Böyük dəbilqə" turnirlərinin beşqat çempionu Mariya Şarapova yeni malikanə alıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatındakı Santa-Barbara dairəsindəki Montesitoda yerləşən əmlak üçün təxminən 11,5 milyon dollar ödənilib.

Maraqlıdır ki, Mariya bütün məbləği nağd pulla verib. Bu evin əvvəlki sahibi Enn Luri olub. O, beysbol üzrə "Çikaqo Uayt Soks" və basketbol üzrə "Çikaqo Bulls" klublarının sabiq şəriki Robert Lurinin dul həyat yoldaşıdır. Luri bu evi 2000-ci illərin ortalarında təxminən 8,3 milyona alıb. O, malikanəni 13 milyona satmaq istəsə də, sonda 11,5 milyonla razılaşıb.

1949-cu ildə tikilən bu ev dağətəyi ərazidə yerləşir. 1,33 hektar ərazisi olan malikanənin qonşuluğunda müğənni Keti Perri və aktyor Orlanda Blumun evləri yerləşir.

Qeyd edək ki, Montesitoda yaşayan çoxsaylı məşhurlar arasında daha bir tennisçi - "Böyük dəbilqə"lərin 8 qat çempionu Cimmi Konnors da var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.