Sosial şəbəkələrdə yayılan maraqlı toy görüntüsü qısa zamanda geniş rezonans doğurub.
Milli.Az xəbər verir ki, ağırçəkili gəlinin şadlıq sarayına evakuator vasitəsilə gətirilməsi həm mərasim iştirakçılarının, həm də sosial media istifadəçilərinin diqqətini çəkib.
Kadrlarda gəlinin xüsusi platforma üzərində evakuatora yerləşdirilərək məkanın qarşısına gətirildiyi görünür. Hadisə yerində olan insanlar bu qeyri-adi anları mobil telefonla lentə alaraq sosial şəbəkələrdə paylaşıblar. Video qısa müddətdə minlərlə baxış toplayıb.
Görüntülər izləyicilər arasında müxtəlif reaksiyalar doğurub. Bəziləri bunu maraqlı və fərqli toy girişi kimi qiymətləndirsə də, digərləri məsələyə tənqidi yanaşıb. Sosial şəbəkələrdə bunun zərurətdən irəli gəldiyini bildirənlərlə yanaşı, şou xarakterli addım olduğunu düşünənlər də az olmayıb.
Hadisənin hansı harada baş verdiyi barədə isə dəqiq məlumat verilməyib.
Qeyd edək ki, son illər toy mərasimlərində fərqli və diqqətçəkən girişlər etmək dəb halını alıb.
Musa
Milli.Az





