"Evdə iş görməyib, uşağa baxmayıb, indi ayılıb ki, müğənni olsun..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Rasimə Seyidcahan "Öz aramızda" verilişində bu dəfə əməkdar artist Kübra Əliyevanı hədəf alıb.
Milli.Az xəbər verir ki, buna səbəb aktrisanın müğənni Canananı müdafiə etməsi olub. Rasimə efirdə bildirib ki, Canananın Türkiyədə keçirilən mükafat mərasiminə aparılaraq Azərbaycan müğənnisi kimi təqdim olunması onu narahat edib. O, qeyd edib ki, sözügedən ifaçının musiqi qabiliyyəti yoxdur və onun sənətlə yaxından-uzaqdan əlaqəsizdir.
Rasimə Seyidcahan məsələ ilə bağlı aparıcı Elgiz Əkbərin verilişində də fikrini açıq şəkildə bildirib və ifaçıdan canlı olaraq bir neçə sətir oxumasını istəyib. Onun sözlərinə görə, bu çıxışdan sonra Kübra Əliyeva ona etiraz edib və Canananı müdafiə etməyə çalışıb.
Müğənni aktrisanın mövqeyini anlamadığını deyərək, "Sənəti olmayan ifaçını müdafiə etməkdə məqsədin nədir?" sualını səsləndirib. O, həmçinin vurğulayıb ki, münsif kimi ixtisasına uyğun şəkildə fikrini bildirmək hüququ var.
"Canana adlı bir qız var, Mətanət İsgəndərlinin keçmiş gəlini. Onu Türkiyədə keçirilən mükafat mərasiminə kim aparıb Azərbaycan müğənnisi kimi təqdim edir? Bu, mədəniyyətimizə, ölkəmizə qarşı hörmətsizlik deyilmi? Zorla müğənni olmaq istəyir. Onun eşitmə və ritm qabiliyyəti yoxdur, müğənniliklə yaxından-uzaqdan əlaqəsi yoxdur.
Elgiz bəyin verilişində dedim ki, bir kəlmə oxu. Ondan böyük əsər oxumasını istəmədim. Bunu deyən kimi Kübra Əliyeva üstümə düşdü. Onu müdafiə etməkdə məqsədin nədir? Sənəti olmayan ifaçını niyə müdafiə edirsən? Deyir ki, Elza xanım seçiləndə əl çalmışam. Qaldım Cananaya qulaq asım, sonra həmin aktrisaya cavab verim.
Sonra qız gəlib deyir ki, verilişə kinoya çəkilmək istəyirəm. Mən də münsif kimi ixtisasıma uyğun fikrimi bildirirəm. Mənə deyir ki, ona söz demə, o ayaqları üstündə durmağa çalışır. Evdə əli yağda-balda iş görməyib, uşağa baxmayıb, indi ayılıb ki, sən demə oxuya bilir".
Rasimənin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





