İdman

"Qarabağ"ın rəqibi futbolçusuna FANTASTİK QİYMƏT təyin etdi

14 Fevral 2026 18:51
Baxış: 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul", "Arsenal" və "Mançester Siti" "Nyukasl Yunayted" futbol klubunun gənc ulduzu Entoni Qordona ciddi maraq göstərirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 24 yaşlı cinah yarımmüdafiəçini heyətinə qatmaq uğrunda mübarizədə "Liverpul" daha şanslı görünür.

Qeyd olunur ki, "Nyukasl" istedadlı futbolçuya görə 85-95 milyon funt sterlinq (97.7-109.2 milyon avro) civarında təklif almayana qədər danışıqlara başlamayacaq.

İngiltərə yığmasının üzvü 2023-cü ilin yanvarından bəri "Nyukasl"da oynayır. O, bu mövsüm bütün yarışlarda 34 görüşdə meydana çıxıb, 10 qol vurub və beş məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, onun transfer dəyəri hazırda 60 milyon avrodur.

Qeyd edək ki, "Nyukasl" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-off görüşlərində "Qarabağ"ın rəqibidir. Fevralın 18-də Azərbaycan təmsilçisi Bakıda "Nyukasl"ı qəbul edəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.