"Yaşla əlaqədar olaraq təqaüdə çıxmışam".
Milli.Az xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya açıqlamasında fövqəladə hallar nazirinin vəzifəsindən azad olunan müavini, general-leytenant Etibar Mirzəyev deyib.
O, bildirib ki, 20 ildir sözügedən vəzifədə çalışıb:
"Buna görə cənab Prezidentə böyük minnətdarlığımı bildirirəm. Bundan sonra dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir və ömrümün sonuna qədər onun əsgəriyəm".
Milli.Az





