“Yaşla əlaqədar təqaüdə çıxmışam” - Etibar Mirzəyev

14 Fevral 2026 20:36

"Yaşla əlaqədar olaraq təqaüdə çıxmışam".

Milli.Az xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya açıqlamasında fövqəladə hallar nazirinin vəzifəsindən azad olunan müavini, general-leytenant Etibar Mirzəyev deyib.

O, bildirib ki, 20 ildir sözügedən vəzifədə çalışıb:

"Buna görə cənab Prezidentə böyük minnətdarlığımı bildirirəm. Bundan sonra dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir və ömrümün sonuna qədər onun əsgəriyəm".

Milli.Az