Cəmiyyət

"Mən bu barədə nə deyə bilərəm ki?" - General Faiq Tağızadə

14 Fevral 2026 21:08
Baxış: 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Milli.Az xəbər verir ki, manset.az vəzifəsindən azad edilən fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə ilə əlaqə saxlayıb.

O, işdən çıxarılması ilə bağlı məlumatı təkzib etməyib və geniş danışmaq istəmədiyini bildirib. 

"Mən bu barədə nə deyə bilərəm ki? Çox sağ olun. Mən xidmət etmişəm. Təşəkkür edirəm".

General jurnalistin "Qəfil vəzifənizdən niyə azad olundunuz?" sualını isə cavabsız qoyub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.