İdman

“Beşiktaş” uduzdu, “Fənərbağça” qələbə qazandı

29 Yanvar 2024 08:22
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə Superliqasında XXIII turun növbəti matçları keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

"Başakşəhər" səfərdə "Konyaspor" üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb. "Karagümrük" doğma meydanda "Rizəspor"a 4 cavabsız qolla qalib gəlib. "Beşiktaş" bu turda məğlubiyyətlə üzləşib. İstanbul təmsilçisi Sivasda yerli komandaya minimal hesabla uduzub.

Günün son matçında isə "Fənərbağça" öz meydanında "Ankaragücü"nü üstələyib - 2:1.

Bu nəticələrdən sonra turnir cədvəlinə 60 xalla "Fənərbağça" başçılıq edir. Bir oyun az keçirən "Qalatasaray" 57 xalla ikincidir. Üçüncü pillədəki "Trabzonspor"un 37, dördüncü sıradakı "Beşiktaş"ın isə 36 xalı var.

Tura yanvarın 29-da keçiriləcək dörd oyunla yekun vurulacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.