İdman

“Dinamo” Mahirsiz darmadağına üzüldü

24 Yanvar 2024 08:17
Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, sözügedən komanda 4-cü turdan təxirə salınmş oyunda Zaqreb "Lokomotiv"i ilə qarşılaşıb.

Paytaxt derbisi "Dinamo"nun məğlubiyyəti ilə bitib - 0:3.

Emreli bu matçın iştirakçısı olmayıb. Zədəli olan azərbaycanlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

"Dinamo" hazırda turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.