İdman

Formasını yerə atmışdı - Ançelottidən Ardaya sərt cəza gəldi

23 Yanvar 2024 14:56
Baxış: 1 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real Madrid"in "Almeriya"ya 3-2 hesabı ilə qalib gəldiyi matçda meydana buraxılmadığı üçün baş məşqçi Karlo Ançelottiyə etiraz edən Arda Güler icarəyə göndərilə bilər.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Arda heyətdə yer aldığı son 3 matçda meydana çıxmayıb. "El Gol Digital"ın məlumatına görə, Ançelotti Ardanı sərt reaksiyasına görə cəzalandıracaq. Məlumatada qeyd edilir ki, ona hansı cəzanın veriləcəyi məlum deyil və Arda "Real Madrid" kimi komandada forma şansı əldə etməyin asan olmadığını başa düşməlidir. Ardanın "Real Sosyedad" klubuna icarəyə göndərilə biləcəyi iddia edilib.

Qeyd edək ki, "Real Madrid"in "Almeriya"ya 3-2 hesabı ilə qalib gəldiyi matçda oyuna buraxılmadığı üçün məyus olan Arda jiletini çıxararaq yerə atıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.