Tennis üzrə Böyük Dəbilqə yarışlarından ilin birincisi sayılan "Australian Open" turnirində Aleksandr Zverev və Kemeron Norri arasında keçirilən 1/8 final matçı yarımçıq dayandırılıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, buna səbəb tribunadakı izləyicilərdən birinin etiraz davranışı olub.
Hesab 7:5, 3:6, 4:1 almaniyalı Zverevin xeyrinə olduğu zaman azarkeşlərdən biri meydançaya üzərində "Fələstinə azadlıq" yazılmış vərəqələr atıb. Matç qısa fasilədən sonra davam etdirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun