İdman

“Neftçi”dən yeni transfer - FOTO

16 Yanvar 2024 20:55
Baxış: 1 110
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi" qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt klubu Syerra Leone millisinin futbolçusu Alfa Konte ilə müqavilə imzalayıb.

Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubundan transfer olunmuş 23 yaşlı sol vinger yeni komandasının heyətində 20 nömrəli formanı geyinəcək.

Konte Syerra Leonenin "Sentral Parade" (2019-2021), İsrailin "Hapoel Umm Əl-Fəhm" (2021-2022), "Hapoel Rişon Lezion" (2022-2023) və Bolqarıstanın "Lokomotiv" (Plovdiv, 2023) klublarında çıxış edib. Gənc futbolçu Syerra Leone milli komandasının heyətində 2 oyun keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.