İdman

Qurbanovdan Leandro Andrade açıqlaması - “Pis təklif deyildi”

15 Yanvar 2024 22:50
Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın aparıcı üzvü Leandro Andradenin mümkün gedişini şərh edib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün "Zirə"yə qarşı keçirilən yoxlama oyunundan (4:0) sonra brifinq keçirən mütəxəssis futbolçuya görə Çinin "Şanxay Şenxua" klubundan təklif aldıqlarını təsdiqləsə də, hələlik Andrade ilə vidalaşmaq fikrində olmadıqlarını bildirib: 

"Bəli, Leandro Andradeyə görə Çindən rəsmi təklif var idi. Klub üçün də pis təklif deyildi. Lakin bizim hal-hazırda ona ehtiyacımız var. Ona görə də danışıqları maksimum çalışdıq ki, saxlayaq. Hələ ki, Andrade bizim futbolçumuzdur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.