İdman

İtaliya A Seriyasında klubların sayı azaldılacaq?

9 Yanvar 2024 20:09
Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya A Seriyasında klubların sayı 20-dən 18-ə azaldıla bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, liqanın prezidenti Lorentso Kazini bununla bağlı qeyri-rəsmi danışıqlara başlayıb.

Liqada komanda sayının azaldılmasının tərəfdarı olanlar əsasən A Seriyasının aparıcı klublarıdır. Onların nümayəndələri UEFA Çempionlar Liqasının (ÇL) yeni formatına görə bunu zəruri hesab edirlər. Çünki 2024/2025 mövsümündən ÇL ilə əlaqədar ölkə çempionatının təqvimi sıxlaşacaq.

Komanda sayının azaldılması üçün A Seriyasının ən azı 14 klubu razılıq verməlidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.