İdman

"Adana Demirspor"un futbolçusu 4 aydır maaş ala bilmir

3 Yanvar 2024 22:11
Baxış: 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da maliyyə problemi davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun hücumçusu Mbaye Nianq Fransa mətbuatına açıqlamasında deyib.

O, 4 aydır maaş almadığını bildirib: A"Türkiyədəki təcrübəm  çox yaxşı gedir. Yaxşı oynayıram və matça ilk 11-likdə başlayıram. Bununla belə, ödənişlə bağlı bəzi problemlər var və bu, diqqətimi meydanda cəmləməyimə mane olur. Bir az gecikmə normal sayıla bilər, amma 4 ay keçdi. Getmək istəyirəm. Bunu rəhbərliyə dedim və danışıqlarımız davam edir. Fransaya qayıtmaq istərdim, mənim üçün prioritet budur". 

Qeyd edək ki, "Adana Demirspor" maaş problemləri səbəbindən bəzi oyunçuları ilə yolları ayırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.