İdman

TFF və klublardan final matçı ilə bağlı birgə açıqlama

29 Dekabr 2023 23:37
Baxış: 932
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Futbol Federasiyası, "Qalatasaray" və "Fənərbağça" Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi nəzərdə tutulan final matçının ləğvi ilə bağlı birgə açıqlama yayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, açıqlamada final matçının qeyri-müəyyən bir tarixə qədər təxirə salındığı bildirilib.

Həmçinin evi sahibliyi edən ölkənin (Səudiyyə Ərəbistanı - red.) Futbol Federasiyasına, müvafiq qurumlarına Superkubok üçün göstərdiyi səylərdən dolayı təşəkkür edilib.

Qeyd edək ki, bu gün Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final matçının Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edildiyi bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.