İdman

"Braqa"ya qol vuran azərbaycanlı: "Qarabağ" mərhələni..." - FOTO

26 Dekabr 2023 02:50
Baxış: 1 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" komandası ilə qarşılaşacaq. 1/8 finala vəsiqə uğrunda görüşlər fevralın 15-i və 22-də baş tutacaq. Belə desək, "Qarabağ" qış fasiləsində həm də portuqaliyalılarla oyunlara hazırlaşacaq, rəqib haqqında məlumat toplayacaq.

"Braqa"nı yaxşı tanıyan mütəxəssislərdən biri isə Vəli Qasımovdur. Vaxtilə Portuqaliya çempionatında legioner həyatı yaşayan həmyerlimizlə əlaqə saxlayıb püşklə bağlı fikirlərini öyrəndik.

Milli.Az bildirir ki, Qasımovun fanat.az-a dedikləri belə oldu:

"Portuqaliya çempionatını, klublarını yaxşı tanıyıram. İndi də əlaqələrim qalır. Həmin "Braqa"ya qol da vurmuşam. "Vitoriya Setubal"da çıxış edəndə onları məyus etmişəm. Heç kimdə üstünlük görmürəm. Yəni nə "Qarabağ", nə də "Braqa" bir-birindən aşkar üstündür. Şanslar bərabər olacaq. Təbii ki, Azərbaycan komandası olduğu üçün hamımız "Qarabağ"a azarkeşlik edəcəyik. İstəyirik ki, mərhələni təmsilçimiz keçsin. "Qarabağ" özünün indiyə qədər dəfələrlə seyr etdiyimiz ən yaxşı oyunlarından birini göstərə bilsə, "Braqa"nı keçəcək. Buna əminəm". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.