İdman

Mourinyonun davranışı oyuna damğa vurdu - VİDEO

25 Dekabr 2023 11:08
Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A seriyasının 17-ci turu çərçivəsində keçirilən "Roma" - " Napoli" oyunu zamanı gərginlik yaşanıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Roma"nın qələbə qazandığı oyunda qələbədən çox baş məşqçi Joze Mourinyonun davranışları gündəm olub. Joze Mourinyo rəqib komandanın futbolçuları Xviça Kvaratsxeliya və Viktor Osimhenlə mübahisə edib. "Napoli"də Matteo Politano 66-cı dəqiqədə, Viktor Osimhen isə 86-cı dəqiqədə qırmızı vərəqə alıb.

Qeyd edək ki, "Roma" 76-cı dəqiqədə Lorenzo Pelleqrininin, 96-cı dəqiqədə isə Romelu Lukakunun qolları ilə "Napoli"ni 2:0 hesabı ilə məğlub edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.