İdman

Milyarder “Mançester Yunayted” klubunun səhmlərinin 25%-ni aldı

24 Dekabr 2023 21:55
Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kimya nəhəngi "İneos"un sahibi Cim Ratkliff İngiltərənin "Mançester Yunayted" futbol klubunun səhmlərinin 25%-ni alıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belə ki, Britaniyanın "Trawlers Limited" şirkəti klubun "B" sinifli səhmlərin 25%-ni alıb və həmçinin klub rəhbərliyi ilə "A" sinifli səhmlərin 25%-ə qədərini almağa razılaşıb.

Müqavilənin dəyəri 1,2 milyard funt sterlinq (1,52 milyard ABŞ dolları - Qeyd) təşkil edib.

Milyarder həmçinin "Old Trafford" stadionunun infrastrukturuna 300 milyon dollar sərmayə qoyacaq ki, bunun da 200 milyon dolları müqavilə bağlandıqdan sonra, daha 100 milyon dolları isə 2024-cü ilin sonuna kimi ödəniləcək.

"İneos" şirkətinə həmçinin klubun futbol əməliyyatlarını idarə etmək hüququ veriləcək.

Bundan əvvəl "Qırmızı Şeytanlar" yalnız 2005-ci ildə 1,34 milyard dollara "Mançester Yunayted"i satın alan Coel və Avram Qleyzerə məxsus idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.