İdman

Qəzaya düşən Elxan Səmədovla bağlı YENİ XƏBƏR

24 Dekabr 2023 19:47
Baxış: 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov palataya köçürülüb.

Milli.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, funksionerin reanimasiyadakı müalicəsi başa çatıb.

Qeyd edək ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan əməkdaşlarından icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev evə buraxılıblar. PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin müalicəsi isə xəstəxanada davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.