İdman

“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub

23 Dekabr 2023 00:57
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə komandası "Mançester Siti" klublararası dünya çempionatının qalibi olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi finalda Braziliya klubu "Fluminense"ni məğlub edib.

"Şəhərlilər" Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıb. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə "Fluminense"nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub - 4:0.

Yaponiyanın "Urava Reds" klubunu 4:2 hesabı ilə üstələyən Misir "Əl Əhli"si isə turnirdə üçüncü yeri tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.