İdman

“Qəbələ”nin prezidenti məşqi ziyarət etdi - FOTO

21 Dekabr 2023 23:13
Baxış: 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov komandanın bugünkü məşqində olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub rəhbəri son zamanlar uğursuz çıxış edən komandanın üzvləri və baş məşqçi Elmar Baxşıyevlə söhbət edib.

"Qırmızı-qaralar" Azərbaycan kubokunda 1/4 finala yüksəlsə də, Misli Premyer Liqasında sonuncu pillədədir. Komanda son 3 turda - "Qarabağ", "Kəpəz" və "Səbail"lə görüşlərin hər birində 0:3 hesabı ilə məğlub olub.  

Qeyd edək ki, "Qəbələ" sabah Misli Premyer Liqasının 18-ci turunda "Sabah"la qarşılaşacaq.Bu, "qırmızı-qaralar"ın 2-ci dövrədə son oyunu olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.