İdman

"Qarabağ" bu amildən mütləq istifadə etməlidir"

20 Dekabr 2023 19:32
Baxış: 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" UEFA  Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq.  Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb İsveçrənin Cenevrə şəhərində keçirilən püşkatmanın nəticəsi barədə fikirlərini öyrəndik.

Milli.Az bildirir ki, "Şöhrət" ordenli mütəxəssisin fanat.az-a açıqlamasını təqdim edirik:

"Portuqaliya təmsilçiləri də İspaniya klubları kimi topla işləməyi sevən komandalardır. "Qarabağ" da topla oynamağı sevən kollektivdir. Taktiki gedişləri hansı tərəf doğru etsə, əlbəttə ki, matçdan qalib ayrılacaq. "Qarabağ"ın ev matçında üstünlüyü ola bilər. Mən "Braqa"nın Çempionlar Liqasındakı matçlarına baxmışam, sadə epizodlardan top buraxırlar. "Qarabağ" bu amildən mütləq istifadə etməlidir. Hazırda "Braqa"nın hücumameyilli futbolçuları həddindən artıq çoxdur. Bu məqamın özü problem yarada bilər. Ümid edirəm ki, "Qarabağ" bu mərhələni keçəcək".

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk görüşünü gələn il fevralın 15-də səfərdə keçirəcək. Portuqaliyadakı duel Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bir həftə sonra Bakıda oynanılacaq cavab qarşılaşması isə saat 21:45-də başlayacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.