İdman

Bu gün “Qarabağ” “Neftçi”ni qəbul edəcək

18 Dekabr 2023 08:53
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turuna yekun vurulacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq: saat 20:00-da "Qarabağ" "Neftçi"ni qəbul edəcək.

Bu, iki komanda arasında ölkə çempionatları çərçivəsində 93-cü qarşılaşma olacaq. Əvvəlki 92 matçda "köhlən atlar" böyük üstünlüyə malikdir. 38 qələbəsi olan Ağdam təmsilçisi 31 dəfə heç-heçə edib. 23 görüşdən xalsız ayrılmış "Qarabağ" top fərqində də öndədir - 118-83. Eyni zamanda, "Qarabağ" doqquz oyundur əzəli rəqibinə uduzmur. Bununla belə, "Neftçi" bu mövsüm çempionatda ən az qol buraxan komandalardan biridir. "Ağ-qaralar"ın passivində cəmi 15 qol var ki, bu da ən yaxşı üçüncü göstəricidir.

"Qarabağ" 35 xalla turnir cədvəlində birincidir, "Neftçi" isə ondan on xal az toplayaraq beşinci pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.