"Qalatasaray" itki ilə üzləşib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Serjiu Oliveyra klubun son məşqində zədələnib.
Onun sinə əzələsində qopma baş verib. Futbolçunun 3-4 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir. O, əməliyyat olunacağı halda isə vaxt 1,5 aya qədər uzanacaq.
Qeyd edək ki, İstanbul klubu Avropa Liqasında 1/16 final mərhələsində "Qarabağ"ın potensial rəqibləri sırasında yer alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun