Avropa Liqasında qrup mərhələsinin VI turunun "Ən yaxşı qolu" adına namizədlər məlum olub.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın futbolçusu Yassin Benzianın "Hakken"ə vurduğu qol da var.
Digər namizədlər İngiltərənin "Brayton" komandasından Joau Pedro, Fransanın "Renn" klubundan Lorents Assinyon və Yunanıstanın "Olimpiakos" kollektivindən Daniel Podensedir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə səsvermə nəticəsində müəyyənləşəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun