İdman

Çempionlar Liqasında qrup mərhələsi bir daha oynanmayacaq: yeni format necə olacaq?

14 Dekabr 2023 19:10
Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında qrup mərhələsi növbəti mövsümlərdə bir daha oynanmayacaq. 

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, növbəti "futbol ili"ndən etibarən ÇL fərqli formatda keçiriləcək. Avropanın ən nüfuzlu klub futbol turnirində 36 komanda çıxış edəcək. 

Qrup mərhələsi isə 1 böyük liqa ilə əvəz olunub. Hər komanda ilkin mərhələdə 10 oyun keçirəcək (5-i ev, 5-i səfər). Liqada ilk "8-lik"də qərarlaşan komandalar avtomatik olaraq növbəti tura vəsiqə qazanacaq. 9-24-cü yerlərdəki klublar iki mərhələdən ibarət olan pley-off oyunlarına çıxacaq və 1/8 finala yollarını müəyyənləşdirəcəklər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.