İdman

İki komanda Azərbaycan çempionatından kənarlaşdırıldı

13 Dekabr 2023 15:19
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFFA İntizam Komitəsi aşağı yaş qruplarında çıxış edən iki komandanı yarışlardan kənarlaşdırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, U-10 liqasında yer alan "Xətai" və U-11 liqasında mübarizə aparan "Qoşqar" mövsüm ərzində 3-cü dəfə oyuna çıxmadıqlarından, bu cəzaya məruz qalıblar.

"Xətai" "Zirə" ilə görüşə təyin olunan vaxtda gəlməyib, Gəncə təmsilçisi "Qoşqar"ın isə "Gəncəvi" ilə qarşılaşmada heyətində yetərsay olmayıb.

Bundan başqa, daha iki komanda texniki məğlubiyyətlə üzləşib. U-10 Liqasında keçirilməli olan "Binə" - "Zəngəzur" oyununda ikincilərin heyətində yetərsay olmayıb. Mövsümdə ikinci dəfə bu hal yaşandığından, "Zəngəzur"a 0:3 hesablı texniki məğlubiyyət verilib. Yüksək Qızlar Liqasının "Sumqayıt" - "Şəmkir" oyununda isə "Şəmkir" Əsasnamə qaydalarını pozaraq, protokolda adı olmayan və digər komandada qeydiyyatdan keçmiş Aysel Ziyadovanı meydana buraxıb. Bu, "Şəmkir"in texniki məğlubiyyət alması ilə nəticələnib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.