İdman

Bu ölkədə futbol matçları 2 ay azarkeşsiz keçiriləcək

12 Dekabr 2023 01:50
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Yunanıstan çempionatının oyunları 2024-cü il fevralın 12-dək azarkeşsiz keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis brifinqdə məlumat verib.

Qərar ölkədə azarkeş qruplarının zorakılığı dayandırması məqsədi ilə qəbul edilib.

Qeyd edək ki, ötən həftə Afinada voleybol matçı zamanı 150 fanatla polislər arasında qarşıdurma yaşanıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri ağır yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.