İdman

Avropada məğlubiyyət tanımayan bir komanda qaldı

11 Dekabr 2023 13:58
Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari mövsüm Avropanın elit futbol çempionatlarında uduzmayan bir klub qalıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu, UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Bayer Leverkuzen"dir. 

Leverkuzen təmsilçisi Almaniya Bundesliqasının 14-cü turunda "Ştutqart"la qarşılaşıb və 1:1 hesablı heç-heçəyə nail olaraq məğlubiyyətsizlik seriyasını sürdürüb. 

"Bayern Münhen" "Ayntraxt"a 1:5 hesabı ilə uduzduğu üçün Xabi Alonsonun çalışdırdığı kollektiv bu mövsüm mğlub olmayan yeganə komanda ünvanına sahib çıxıb.

Qeyd edək ki, hazırda 36 xalı olan "Bayer" Bundesliqada turnir cədvəlinə başçılıq edir. Leverkuzenlilər Avropa Liqasının qrup mərhələsində keçirdikləri 5 matçın hamısını maksimum nəticə ilə başa vurublar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.