İdman

Ferstappen “Formula-1” tarixində yeni rekorda imza atdı

27 Noyabr 2023 09:14
Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının 2023-cü il mövsümünün 22-ci və son mərhələsinin - Əbu-Dabi Qran-prisinin qalibi olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ikinci yeri "Ferrari" pilotu Şarl Lekler tutub. Üçüncü yeri "Mercedes"dən britaniyalı Corc Rassel tutub.

Verstappen bu mövsüm 19-cu dəfə Qran-pri qalibi olub və bir ildə qazanılan mərhələlərin sayına görə rekordunu yeniləyib. O, "Formula-1" mərhələlərində 54-cü qələbəsini qazanıb və bu göstəricidə alman pilot Sebastyan Fetteli keçib. Yalnız alman Mixael Şumaxer (91) və britaniyalı Lyuis Hemilton (103) onu qabaqlayırlar. Ferstappen "Formula-1" tarixində lider kimi bir mövsümdə 1000 dövrə vuran ilk sürücü olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.