İdman

Kriştianu Ronaldu yeni uğura imza atdı

25 Noyabr 2023 11:06
Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu yeni uğura imza atıb.

Milli.Az "report"a istinadən bildirir ki, 38 yaşlı hücumçu buna XIV turda "Əl-Oxdud"a 3:0 hesabı ilə qalib gəldikləri matçda dubl etməklə nail olub.

Təcrübəli forvard 2023-cü ildə "Əl-Nəsr" və Portuqaliya millisində 48 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, Ronaldu karyerasında 10-cu dəfə qol və assist sayında 60-ı keçib.

O, daha əvvəl 2010 (48+18), 2011 (60+18), 2012 (63+13), 2013 (69+15), 2014 (61+20), 2015 (57+17), 2016 (55+16), 2017 (53+12) və 2018-ci ildə (49+13) bunu bacarıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.