İdman

De Byazi gedər ayaqda bu videonu hamıya göstərdi: "İndi bildiniz?" - VİDEO

23 Noyabr 2023 15:58
Baxış: 1 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yığmasının keçmiş baş məşqçisi Canni De Byazi 2022-ci ildə Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstanla matçlara "Neftçi"nin futbolçusu Qara Qarayevi niyə dəvət etmədiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, "Qafqazinfo"ya müsahibə verən italiyalı mütəxəssis təcrübəli oyunçu ilə arasında yaranan gərginliyə aydınlıq gətirib. 

O bildirib ki, Qara Qarayev Bakıda Belarus üzərində qələbə qazandıqları matçda Ramil Şeydayev qol vurarkən sevinməyib. Hətta yarımmüdafiəçi digər futbolçuların sevincinə də mane olmaq istəyib. 

De Byazi bununla bağlı həmin matçdakı görüntüləri də bizə təqdim edib. Məşqçi həmçinin qeyd edib ki, Qara Qarayev yığmaya niyə dəvət almadığını özü də bilir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.