“De Byazi bu sözlərinə görə utanmalıdır”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"De Byazi bu sözlərinə görə utanmalıdır".
Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə keçirilən oyundan sonra mətbuat konfransında azərbaycanlı jurnalistlər barədə nalayiq fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.
76 yaşlı mütəxəssis italiyalı həmkarını bu sözlərinə görə qınayıb: "Jurnalistlərimiz bu ölkənin vətəndaşlarıdır və ürəkləri futbol eşqi ilə yanır. Onlara axmaq deməklə öz əxlaqsızlığını göstərdi. İşlətdiyi ifadələrə görə mətbuatdan üzr istəməlidir. Media ölkə idmanının inkişafına böyük töhfələr verir. Başqa ölkələrdən gələnlərə çörəyimizi veririk, qardaşlığımızı göstəririk. Cavabı belə olmalıdır? Ayrılmaq fikri varsa, hörmətlə getməlidir, daha belə hərəkətlərlə deyil. Jurnalistlərə bu sözü deyən özü axmaqdır. Hələ tərcüməçisinə də tapşırır ki, hamısını tərcümə et, belçikalı jurnalistlər də bilsinlər. Məgər onlar bizim media nümayəndələrindən çox bilirlər? Əlbəttə ki, xeyr".
Azərbaycan millisinin sabiq çalışdırıcısı Belçikaya 0:5 hesablı məğlubiyyətin əsas səbəblərindən biri kimi Eddi İsrafilovun birinci hissədə qırmızı vərəqə almasını göstərib: "İsveç üzərində qələbədən sonra ümidli idik. Gözləyirdik ki, uşaqlar həmin oyunu təkrarlayacaqlar. Belçikanın bizdən güclü olması əl-qolumuzu yanımıza salıb təslim olmağımıza əsas vermir. Eddi İsrafilov heç nədən qırmızı vərəqə almaqla komanda yoldaşlarını daha çətin duruma saldı".
Avropa çempionatının seçmə mərhələsindəki oyunları dəyərləndirən A.Mircavadov millidə inkişaf görmədiyini etiraf edib: "Millimiz seçmə mərhələyə həddən artıq zəif başladı. Hətta Estoniya ilə Bakıdakı görüşün birinci hissəsində oyun baxımından rəqibə uduzduq. De Byazinin ilk dəfə 5 komandalı qrupda 4-cü yeri tutduğumuzu uğur kimi vurğulaması yanlışdır. Söhbət nəticədən sonra sərgilənən oyundan və inkişafdan gedir. Təəssüf ki, biz bu inkişafı görmədik. Heyət də əvvəlki illərlə müqayisədə daha güclü idi. Sadəcə, onları bir arada toplayıb düzgün taktika seçmək qalırdı. De Byazinin fikirləri məşqçiyə yaraşmayan söhbətdir".
Onun fikrincə, uğursuz nəticələrin əsas səbəbkarı məhz baş məşqçidir: "İsveçə qarşı sərgilənən oyunu niyə təkrarlamadıq? İlk növbədə baş məşqçi seçimdə böyük səhvlərə yol verdi. Klubunda oynamayan, formada olmayan futbolçular yığmaya çağırılırlar. Milli toplaşdıqdan bir neçə gün sonra oyuna çıxır. Ona görə də düşərgəyə hazır futbolçular, klubunda lider olanlar gəlməlidirlər. De Byazi ilə əvvəllər də söhbətimizdə deyirdik ki, hazır olmayan oyunçunu yığmaya çağırmamalıdır. Komanda hesabda geridə olanda təcrübəli futbolçuları meydana buraxmalısan ki, dəyişiklik edə bilsinlər. De Byazi isə belə durumda gəncləri əvəzetmədən oyuna qoşur. Gənc oyunçu məğlub durumda olduqları zaman özünü heç vaxt göstərə bilməz".
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi 7 xalla 4-cü yeri tutub. 2020-ci ildən yığmamızın "sükanı arxası"nda olan Canni De Byazinin müqaviləsinin müddəti bu ayın sonunda bitir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Əməkdar artistin vəziyyəti ağırdır, həkimlər ümidini itirib
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı





