İdman

Ulduz futbolçu qanunsuz əməldə ittiham olunur

16 Noyabr 2023 11:55
Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Milan" klubunun futbolçusu Alessandro Florentsi qeyri-qanuni mərc oynamaqda ittiham olunur.

Milli.Az report-a istinadən xəbər verir ki, Turin prokurorluğu 32 yaşlı müdafiəçini şübhəli şəxs qismində reyestrə daxil edib və hazırda araşdırma aparılır.

İtaliyalı oyunçu diskvalifikasiya ilə üzləşə bilər.

Daha əvvəl İngiltərənin "Nyukasl" komandasında çıxış edən Sandro Tonali oxşar ittihama görə artıq cəzalandırılıb. O, qarşıdakı Avropa çempionatı da daxil olmaqla, 12 ay futbol oynamayacaq.

Qeyd edək ki, Alessandro Florentsi cari mövsüm "Milan"ın heyətində 13 matçda iştirak edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.